AZ

Zamiq oynadı, komandası qalib gəldi

Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanda Tirana “Dinamo”sunu qəbul edib. Qarşılaşma evsahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq də bu görüşün iştirakçısı olub. Azərbaycan milli komnadasının üzvü matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Xallarını 46-ya yüksəldən “Eqnatiya” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
0
2
idmanxeber.az

3Mənbələr