18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlanacaq.
Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Rusiyaya 1:7 hesabı ilə məğlub olub.
“Zirə” “Turan Tovuz” səfərində - YENİLƏNİR
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
"Neftçi"dən darmadağın: 19:0!
FIFA referisi I Liqa oyununa təyinat alıb
I Liqa: Liderdən kritik xal itkisi