AZ

U-18 millimiz Beynəlxalq İnkişaf Turnirindəki ikinci oyununda məğlub olub - YENİLƏNİB

Bu gün 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində keçirdiyi ikinci oyunda da uduzub.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub. U-18 qrupda son oyununu fevralın 21-də Belarusa qarşı keçirəcək.

11:47

Bu gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində ikinci matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub.

İdman.Biz
Seçilən
16
4
idman.biz

10Mənbələr