Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Braziliyanın "Palmeyras" klubu Avropadan yeni transfer reallaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Gazeta Esportiva" nışri "X" sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, braziliyalılar hücumçu Luis Enrikenin transferi üçün Rusiyanın "Zenit" klubuna 29,2 milyon avro təklif edib. Sankt-Peterburq təmsilçisi təklifi rədd edib və braziliyalı futbolçunun 40 milyon avroya satılması üçün danışıqlara hazır olduqlarını açıqlayıblar. Qarşı tərəfin yeni təklif irəli sürəcəyi bildirilir.
Enrike 2025-ci ilin yanvar ayından "Zenit"də oynayır. Braziliyalı vinger bu mövsüm klub səviyyəsində 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" 25 yaşlı Luis Enrikenin bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.