AZ

Luis Enrikeyəyə 29 milyonluq təklif

“Palmeyras” Avropadan yeni transfer reallaşdırmağa hazırlaşır.

Msport.az xəbər verir ki, braziliyalılar hücumçu Luis Enrikenin transferi üçün Rusiyanın “Zenit” klubuna 29,2 milyon avro təklif edib.

Sankt-Peterburq təmsilçisi təklifi rədd edib və braziliyalı futbolçunun 40 milyon avroya satılması üçün danışıqlara hazır olduqlarını açıqlayıblar. Qarşı tərəfin yeni təklif irəli sürəcəyi bildirilir.

Enrike 2025-ci ilin yanvar ayından “Zenit”də oynayır. Braziliyalı vinger bu mövsüm klub səviyyəsində 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
0
2
msport.az

3Mənbələr