RU

Canni İnfantinodan Vinisius Juniorla bağlı qalmaqala REAKSIYA

FIFA prezidenti Canni İnfantino "Real Madrid"in hücumçusu Vinisius Junior ətrafında yaranan qalmaqala reaksiya verib.

Azreform.info bu barədə FIFA-nın "X" sosial şəbəkə hesabına istinadən xəbər verir.

Daha əvvəl Vinisius Junior bildirib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçında "Benfika"nın vingeri Canluka Prestianni onu "meymun" adlandırıb.

"Vinisius Juniora qarşı ehtimal olunan irqçilik təzahüründən xəbər tutanda sarsıldım və kədərləndim. İdmanımızda və cəmiyyətdə irqçiliyə yer yoxdur. Bizə lazımdır ki, bütün maraqlı tərəflər tədbir görsünlər və günahkarları məsuliyyətə cəlb etsinlər. Mən həmişə təkrar edəcəyəm: İrqçiliyə yox! Ayrı-seçkiliyin istənilən formasına yox!", - deyə İnfantino vurğulayıb.(oxu.az)

Избранный
23
5
azreform.info

10Источники