AZ

FİFA prezidenti: Günahkarlar məsuliyyətə cəlb olunmalıdır

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

FİFA prezidenti: "Günahkarlar məsuliyyətə cəlb olunmalıdır"

FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” - “Real” matçında Vinisius Juniora qarşı baş verən irqçilik qalmaqalına münasibət bildirib.

QOL.az xəbər verir ki, bu barədə FİFA-nın "X" hesabında məlumat paylaşıb. Ali futbol qurumunun rəhbəri baş verənlərdən sarsıldığını qeyd edib. 

Xatırladaq ki, oyunda yeganə qolu vurduqdan sonra sevincini qeyd edən Juniora qarşı “Benfika”nın oyunçusu Cankuja Prestyanni tərəfindən irqçi ifadələrin səsləndirildiyi bildirlir. Bundan sonra Vinisius meydanı tərk etməyə cəhd edib və qarşılaşma dayandırılıb. Təxminən 10 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub.

Canni İnfantino hadisə ilə bağlı bu sözləri deyib: 

“Vinisius Juniora qarşı irqçilik hadisəsini eşidəndə şoka düşdüm və kədərləndim. İdmanımızda və cəmiyyətdə irqçiliyə yer yoxdur. Bütün tərəflər tədbir görməli və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”.

Prezident həmçinin matçın baş hakimi Fransua Leteksyeyə irqçiliyə qarşı protokolu aktivləşdirdiyi və oyunu dayandırdığı üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, FİFA-nın Qlobal İrqçiliklə Mübarizə Təşkilatı və Oyunçuların Hüquqlarının Müdafiəsi Komissiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qol.az

2Mənbələr