RU

Bolqarıstanın yanvarda Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlandı

Bu ilin yanvar ayında Azərbaycandan Bolqarıstana 37,4 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 78,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Day.Az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar ayında bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının Bolqarıstana tədarükü ilə bağlı məlumatlar açıqlanmamışdı.

 

Xatırladaq ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.

Избранный
27
11
day.az

10Источники