RU

AFFA “Qarabağ”, “Neftçi” və “Kəpəz”i azarkeşlərinə görə cərimələdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli”nin futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “İmişli” buna görə 2500 manat cərimə edilib. Oyundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 2500 manat cərimə edilib. Oyunun 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kadi Borges ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Qarabağ” buna görə 1000 manat cərimə ödəyəcək. Oyunun 90+5-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Kəpəz” buna görə 1000 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Gəncə komandası 8000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə paytaxt klubu da 8000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”da 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan komandası 700 manat cərimə edilib. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb. “Sumqayıt” buna görə 3000 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
19
1
arena.az

10Источники