Futbol üzrə Azərbaycan çempionatının (Azərbaycan Premyer Liqası) dünya reytinqindəki yeni mövqeyi müəyyənləşib.
Arena.az xəbər verir ki, milli çempionatımız dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub.
50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb. IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər olan müddəti əsas götürüb.
Yeni siyahıda Azərbaycan Premyer Liqası 1991,5 xalla 41-ci sıradadır.
İngiltərə Premyer Liqası (8087) birinci, Braziliya (7735,5) və İtaliya (7510) A Seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. Türkiyə Super Liqası (4029,25) 12-ci pillədədir.
Ən güclü 10 milli çempionatın siyahısı belədir:
- İngiltərə – 8087
- Braziliya – 7735,5
- İtaliya – 7510
- İspaniya – 7400,5
- Almaniya – 6570,25
- Fransa – 5562,25
- Portuqaliya – 5168,25
- Niderland – 4841,5
- Argentina – 4808,5
- Belçika – 4294,25
⇧
