AZ

AFFA “Sabah”ın futbolçusu Əmirovu 4 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Əvəzedicilər Liqasının 16-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 16-cı tur

“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah”ın futbolçusu Emil Əmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Sabah” buna görə 1000 manat cərimə edilib.

“Qarabağ-2” – “Qəbələ-2” oyununun 80-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Cavid Məlikov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Qarabağ” buna görə 50 manat cərimə ödəyəcək. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə ödəyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
9
arena.az

10Mənbələr