RU

Xocalıda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Bu gün saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Xankəndi Şəhər Mərkəzi Xəstəxanası və Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

11:37

Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində mina hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Избранный
12
7
apa.az

10Источники