RU

2025-ci ildə elektron satınalmaların sayı 1,8 faiz artıb

2025-ci il ərzində keçirilən 9965 elektron satınalmanın məbləği 4,9 milyard manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 2024-cü illə müqayisədə elektron satınalmaların sayı 1,8 faiz, məbləği isə 11,4 faiz artıb.

Açılışı baş tutan müsabiqələr üzrə 2025-ci ildə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Dövlət satınalmalarında orta iştirakçı sayında 2024-cü il ilə müqayisədə 2,9 faiz artım qeydə alınıb.

Избранный
13
1
vergiler.az

3Источники