AZ

Azərbaycanda elektron satınalmaların məbləği 11%-dən çox artıb

Bakı. TurkicWorld:

2025-ci il ərzində 9965 elektron satınalmanın məbləği 4,9 milyard manat təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayı 1,8%, məbləği isə 11,4% artıb.

Bildirilib ki, açılışı baş tutmuş müsabiqələr üzrə 2025-ci ildə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib.

Qeyd edilib ki, dövlət satınalmalarında orta iştirakçı sayında 2024-cü il ilə müqayisədə 2025-ci ildə 2,9% artım qeydə alınıb.

Seçilən
5
1
turkic.world

3Mənbələr