RU

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatıvasitələri ilə 1,006 milyard ABŞ dolları dəyərində 463,2 min tonyük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 40,4 milyon ABŞ dolları və ya 4,2% çox,həcm ifadəsində isə 21,6 min ton və ya 4,4% azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 193,2milyon ABŞ dolları dəyərində təqribən 184,9 min ton yük ixracolunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədədəyər ifadəsində 34,2 milyon ABŞ dolları və ya 21,5% çox, həcmifadəsində isə 12,6 min ton və ya 6,3% azdır.

Bu ilin yanvar ayında Azərbaycana avtomobil nəqliyyatı ilə 812,7milyon ABŞ dolları dəyərində 278,3 min ton yük idxal olunub ki, bugöstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 6,2 milyon ABŞ dolları və ya 0,8% çox, həcm ifadəsindəisə 9,051 min ton və ya 3,1% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yüknəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dollarıdəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dollarıvə ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min tonvə ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələriüzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları vəya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Избранный
17
7
az.trend.az

8Источники