AZ

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı vasitələriilə 192,012 milyon ABŞ dolları dəyərində 12,643 min ton yükdaşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 645,1 milyon ABŞ dolları və ya 4,4 dəfəaz, həcm ifadəsində isə 11,6 min ton və ya 12,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 53,092 milyonABŞ dolları dəyərində təqribən 11,7 min ton yük ixrac olunub ki bu,əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 22,9 milyon ABŞ dolları və ya 75,9%, həcm ifadəsində isə11,6 min ton və ya 153,9 ton çoxdur.

Bu ilin yanvar ayında Azərbaycana hava nəqliyyatı ilə 138,9milyon ABŞ dolları dəyərində 945 ton yük idxal olunub ki, bugöstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 668 milyon ABŞ dolları və ya 5,8 dəfə az, həcmifadəsində isə 13 ton və ya 1,4% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yüknəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dollarıdəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dollarıvə ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min tonvə ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələriüzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları vəya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Məqalədə:
Seçilən
15
7
az.trend.az

8Mənbələr