RU

Yeqor Boqomolski “Zirə”ni “Ural”a dəyişdi – ARENA.AZ

2025-ci ilin yayında “Neftçi”dən ayrılaraq “Zirə”yə keçmiş belaruslu mərkəz hücumçusu Yeqor Boqomolski qəsəbə təmsilçisini tərk edib.

Arena.az xəbər verir ki, Belarus millisinin üzvü bundan sonra Rusiyada çıxış edəcək.

O, sözügedən ölkənin “Ural” klubu ilə anlaşıb. Bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb. Qəsəbə təmsilçisi futbolçusu Boqomolskini icarəyə verib. 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi “Ural”da çıxış edəcək.

Xatırladaq ki, yayda azad agent statusuna malik Boqomolski “Zirə” ilə 2 illik müqaviləyə imza atmışdı. O, qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 1 qolla yadda qalıb.

Yeqor Boqomolski Belarusun “Dinamo” (Minsk) klubunun yetirməsidir. O, 2019-cu ildə Brest “Dinamo”suna keçib və 2019/2020 mövsümünü sözügedən komandada keçirib. 2020-ci ildə isə hücumçu Brestin digər təmsilçisi “Rux”a keçib. 2020/2021 mövsümünü “Rux”da keçirən futbolçu, 2022-ci ildə də “Minsk”in uğurları üçün çalışıb. O, 2019-cu ildə Brest “Dinamo”sunun heyətində ölkə çempionu olub.

“Neftçi” Boqomolskini 2022-ci ilin yayında 100 min avro müqabilində “Minsk”dən transfer etmişdi. Belaruslu hücumçu paytaxt təmsilçisinin heyətində 81 oyuna çıxıb, 11 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu 2022-ci ilin yayında bu ölkənin əsas millisində debüt edib. O, Belarus millisində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
41
9
arena.az

10Источники