AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 20-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 20-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis referi Rauf Cabbarovun “Qəbələ” – “Sabah” görüşündə mübahisəli penalti epizodu ilə bağlı doğru qərar qəbul etdiyini təsdiqləyib.
Əvəzində o, Elçin Məsiyevin “Araz-Naxçıvan” – “Sumqayıt” matçında penalti vermədiyini və qırmızı vərəqə göstərmədiyini bəyan edib. Bir sözlə, Məsiyevin sözügedən matça nəticəyə təsir edən iki böyük səhvi olub.
Komitə sədri “Kəpəz” – “Neftçi” matçında da Əli Əliyevin penalti qərarının səhv olduğunu bildirib.
AFFA Hakimlər Komitəsinin sədrinin 20-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
