"İdrak" liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.
Bu barədə Azreform.info -a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın dünən ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.