AZ

Şagirdin güllələdiyi "İdrak" liseyinin müəllimi evə buraxıldı

Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə APA-ya KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Seçilən
25
20
aznews.az

10Mənbələr