RU

Səudiyyə Ərəbistanında muzeydə ən böyük “Qurani-Kərim” sərgilənir  

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük “Qurani-Kərim” kitabı nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

AZƏRTAC “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb. Muzeydə sərgilənən “Qurani-Kərim” islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Избранный
67
9
azerbaijan-news.az

10Источники