RU

Muzeydə ən böyük Qurani-Kərim sərgilənib

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur.

Hafta.az xəbər verir ki, kitabın ölçüləri 312:220 sm-dir.

700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib. “Əl-Ərəbiyyə” saytı yazır ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb.

Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Избранный
76
9
hafta.az

10Источники