RU

Saşa İliç: “Araz-Naxçıvan”a məğlub olmamalıydıq” – ARENA.AZ

“Sumayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Sumqayıt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Hardasa bərabər səviyyəli oyun idi. Penaltidən qol buraxdıq. Gərək uduzmazdıq.

Ümumiyyətlə, son üç matçda bütün rəqiblərimizlə bərabər səvliyyədə oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.

Növbəti rəqiblərimizin zəif komandalar olduğunu deməzdim. “Qəbələ” səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.

Komandaya son olaraq Sedrik Badolo gəlib. Yeni oyunçudur. Cəmi bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki, bu heyətlə davam edirik.

Mən həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsinlər. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
25
6
arena.az

10Источники