RU

Mahir Emrelinin yoxluğunda tək qolla 3 xal – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 22-ci turu çərçivəsində “Qroyter Furt”la qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” qələbəyə sevinib – 1:0. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.

23 turdan sonra 34 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
7
arena.az

10Источники