RU

Kəlbəcərdə itkin düşən şəxsin nəşi tapılıb

1993-cu ildə Kəlbəcər rayonunda itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.
 
Moderator.az xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.
 
Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib.
 
O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.
 
Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.
 
Избранный
20
7
moderator.az

8Источники