AZ

Kəlbəcərdə itkin düşən şəxsin nəşi tapıldı - FOTO

1993-cu ildə Kəlbəcər rayonunda itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a isitnadən məlumatına görə, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.

Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.

Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.

Seçilən
19
7
bakivaxti.az

8Mənbələr