RU

Kəlbəcərdə itkin düşən şəxsin nəşi tapılıb

BAKI, 13 fevral. TELEQRAF

1993-cu ildə Kəlbəcər rayonundan itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.

Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.

Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.

Избранный
45
7
teleqraf.com

9Источники