Azərbaycanda bələdiyyələrin büdcə daxilolmaları 2025-ci ildə artım göstərib — yerli vergilər üzrə daxilolmalar 2024-cü illə müqayisədə təxminən 26% və ya 7,2 milyon manat çox olub. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov **Milli Məclis**in plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, hesabat dövründə yerli büdcələrə daxilolmalar əsasən yerli vergilər hesabına artıb.
Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.
Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması çərçivəsində 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə metodoloji dəstək göstərilib.
Gülnar Nazimqızı