AZ

Bələdiyyələrin büdcə gəlirlərində artım qeydə alınıb

“2025-ci ildə əksər bələdiyyələrin büdcə gəlirləri müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli vergilərdən daxil olan vəsait təxminən 26% (7,2 milyon manat) artıb”.

SİA-nın verdiyi məlumata görə, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin plenar iclasında bildirib.

Onun sözlərinə görə, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib: " Həmçinin, bələdiyyə aktları və müraciətlərə baxış zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
24
11
sia.az

10Mənbələr