EN

Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə 26% artıb

Azərbaycanda bələdiyyələrin büdcə daxilolmaları 2025-ci ildə artım göstərib — yerli vergilər üzrə daxilolmalar 2024-cü illə müqayisədə təxminən 26% və ya 7,2 milyon manat çox olub. Bunu  ədliyyə nazirinin müavini Toğrul Hüseynov **Milli Məclis**in plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, hesabat dövründə yerli büdcələrə daxilolmalar əsasən yerli vergilər hesabına artıb.

Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.

Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması çərçivəsində 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə metodoloji dəstək göstərilib.

Gülnar Nazimqızı 

Chosen
26
8
anews.az

10Sources