RU

ABL: “Naxçıvan” “Sumqayıt”a səfərdə qalib gəldi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “Naxçıvan” “Sumqayıt”ın qonağı olub. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutmuş matç “Naxçıvan”ın 110:107 hesablı qələbəsi ilə bitib.

Daha öncə keçirilmiş turun açılış matçında “Sərhədçi” səfərdə “Lənkəran”ı məğlub edib – 83:69.

Tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 30. Sərhədçi – 23. Sumqayıt – 23. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
17
9
arena.az

10Источники