RU

Anatoli Nuriyev “Sabah”ı “Zirə”yə dəyişdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan hücumameyilli yarımmüdafiəçi Anatoli Nuriyev “Sabah”dan ayrılıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Bu barədə paytaxt təmsilçilərinin mətbuat xidməti məlumat yayıb. “Sabah” futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Nuriyev azad agent kimi qoşulduğu “Zirə” ilə də cari mövsümün sonuna kimi müqavilə imzalayıb.

Xatırladaq ki, Anatoli Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi paytaxt klubu ilə Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Nuriyev daha öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib – 5 oyun, 1 qol, 1 assist. Ukraynada dünyaya göz açmış yarımmüdafiəçi bu ölkədə “Minay”, “Kolos” və “Stal” kimi klubların da şərəfini qoruyub.

2021-ci ildə Azərbaycan millisində debüt etmiş Anatoli meydana çıxdığı 19 oyunda 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
15
9
arena.az

10Источники