Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
7News.Az xəbər verir ki, məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində paylaşıb.
O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.
O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.
/Musavat.com