Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Qeyd edək ki, G.Hacıbəyli iki ay əvvəl Türkiyədə saxlanılmışdı.
Xəbəri rus dilində oxuyun: Гаджибейли депортирована в Азербайджан
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.


