RU

Tramp Netanyahu ilə görüşdən sonra İranla bağlı paylaşım etdi

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə 3 saat davam edən görüşündən sonra "Truth Social"da mühüm paylaşım edib. Ağ Ev sahibi yazır ki, Vaşinqton nüvə proqramı ilə bağlı sazişin bağlanması üzrə Tehranla danışıqların davam etdirilməsində israr edir

SİTAT: "Mən indicə İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Baş nazirə aydın şəkildə bildirdim ki, buna nail olmaq mümkün olsa, daha yaxşı olar", - deyə o bildirib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
8
sia.az

10Источники