AZ

Tramp İranla danışıqların davam etdirilməsini tələb edir

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla danışıqların davam etdirilməsində israr etdiyini bildirib.

Ağ Ev rəbəri bunu “Truth Social” hesabında yazıb.

“İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Əgər bu mümkün olsa, Baş nazirə bunun üstünlük verilən variant olduğunu bildirdim. Əgər yox, nəticənin necə olacağını görməli olacağıq. Keçən dəfə İran razılaşma bağlamamağın daha sərfəli olduğuna qərar verdi və “Gecəyarısı çəkici” ilə üzləşdi, bu variant onlar üçün işləmədi. Ümid edirəm ki, bu dəfə daha ağıllı və məsuliyyətli olacaqlar. Bundan əlavə, Qəzzada və ümumilikdə regionda əldə olunan böyük irəliləyişi müzakirə etdik. Yaxın Şərqdə həqiqətən sülh hökm sürür”, – Tramp vurğulayıb.

AzPost.az

Seçilən
12
2
azpost.info

10Mənbələr