RU

“Reyms"də çıxış edən futbolçu “Qəbələ”də

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Bölgə təmsilçisindən 90deqiqe.Az-a bildirilib ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Избранный
11
10
90deqiqe.az

10Источники