“Qəbələ” transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
Bölgə təmsilçisindən 90deqiqe.Az-a bildirilib ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.