AZ

"Qəbələ" Fransa millisinin sabiq üzvünü icarəyə götürdü - RƏSMİ

“Qəbələ” qış transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüblər.

Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi komandaların formasını geyib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Seçilən
11
10
football-plus.az

10Mənbələr