RU

Nərimanın maaşı açıqlandı Buradakından 14 dəfə çox...

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan futbolunun gənc istedadı Nəriman Axundzadənin ABŞ-nin "Kolumbus Kru" klubuna keçidinin maliyyə detalları bəlli olub. 22 yaşlı hücumçunun Ohayo təmsilçisi ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Bu transfer həm futbolçunun karyerası, həm də qazancı baxımından kəskin dönüş nöqtəsi hesab olunur.Demokrat.az-ın məlumatına görə Nəriman okeanın o tayında keçirəcəyi ilk mövsümdə 1 milyon dollar maaş alacaq. Maraqlıdır ki, bu məbləğ növbəti illərdə daha da artacaq. "Qarabağ"da ayda 12 min manat qazanan gənc forvardın gəliri yeni komandasında təxminən 14 dəfədən çox artıb. Bu, Azərbaycan futbolçuları üçün xaricə transfer zamanı nadir hallarda rast gəlinən maliyyə sıçrayışıdır.Transfere görə Ağdam klubunun büdcəsinə daxil olacaq məbləğ də diqqət çəkir. "Transfermarkt" portalının yaydığı informasiyaya görə, "Kolumbus Kru" bu keçid üçün "Qarabağ"a 2,5 milyon avro təzminat ödəyib. Artıq MLS liqasında debütünü gözləyən Nəriman həm də Azərbaycan futbolunun ən bahalı transferlərindən biri kimi tarixə düşüb.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
50
demokrat.az

10Источники