AZ

“MLS də nə güc futbolu var, nə də çeviklik” Nərimanın keçidi haqda menecer rəyi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəriman Axundzadə bundan sonra “Qarabağ”ın yox, “Kolambus Kryu”nun şərəfini qoruyacaq. MLS təmsilçisi dünən onunla müddəti 2029-cu ilin yayınadək davam edəcək müqavilə imzalayacağını açıqladı.Maraqlıdı, bəs, bu transferi necə şərh etmək olar? ABŞ çempionatı Nəriman üçün uğurlu seçimdimi?Bu sualları təcrübəli menecer Emil Şükürova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Gənc futbolçular üçün ABŞ-də çox yaxşı sistem qurulub. Burda həm təhsili davam etdirmək, həm də pul qazanmaq mümkündü. Oyunçular burda daha da inkişaf edə bilər. Hətta kollec oxumaq da olar. Nəriman ABŞ-nin həyat tərzinə öyrəşə bilər. Lakin MLS-in Avropa çempionatlarından irəlidə olduğunu düşünmürəm. Burda sərbəst futbola üstünlük verilir. Düzdü, Leonal Messinin gəlişi çempionatın səviyyəsini qaldırıb. Ancaq nə güc futbolu var, nə də çeviklik. MLS-ə ispanəsilli meksikalı futbolçuların da axını var. Bu səbəbdən texnikalı futbol daha çox ön planda olur. Yeni klubunun Nəriman üçün uğurlu olacağını düşünürəm. Hər halda, Azərbaycandan getdi. MLS-in səviyyəsi bizim çempionatdan daha yüksəkdi. Nəriman sonradan Avropa çempionatlarına dönüş edə bilər. Ancaq belə hadisələr tez-tez baş vermir. Ümid edirəm ki, Nəriman vuracağı qollar, qazanacağı təcrübə ilə millimiz üçün daha faydalı oyunçu olacaq. Ona uğurlar arzulayıram”.

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
icma.az

10Mənbələr