AZ

“MLS-də nə güc futbolu var, nə də çeviklik” – Nərimanın keçidi haqda menecer rəyi

Nəriman Axundzadə bundan sonra “Qarabağ”ın yox, “Kolambus Kryu”nun şərəfini qoruyacaq. MLS təmsilçisi dünən onunla müddəti 2029-cu ilin yayınadək davam edəcək müqavilə imzalayacağını açıqladı.

Maraqlıdı, bəs, bu transferi necə şərh etmək olar? ABŞ çempionatı Nəriman üçün uğurlu seçimdimi?

Bu sualları təcrübəli menecer Emil Şükürova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Gənc futbolçular üçün ABŞ-də çox yaxşı sistem qurulub. Burda həm təhsili davam etdirmək, həm də pul qazanmaq mümkündü. Oyunçular burda daha da inkişaf edə bilər. Hətta kollec oxumaq da olar. Nəriman ABŞ-nin həyat tərzinə öyrəşə bilər. Lakin MLS-in Avropa çempionatlarından irəlidə olduğunu düşünmürəm. Burda sərbəst futbola üstünlük verilir. Düzdü, Leonal Messinin gəlişi çempionatın səviyyəsini qaldırıb. Ancaq nə güc futbolu var, nə də çeviklik. MLS-ə ispanəsilli meksikalı futbolçuların da axını var. Bu səbəbdən texnikalı futbol daha çox ön planda olur. Yeni klubunun Nəriman üçün uğurlu olacağını düşünürəm. Hər halda, Azərbaycandan getdi. MLS-in səviyyəsi bizim çempionatdan daha yüksəkdi. Nəriman sonradan Avropa çempionatlarına dönüş edə bilər. Ancaq belə hadisələr tez-tez baş vermir. Ümid edirəm ki, Nəriman vuracağı qollar, qazanacağı təcrübə ilə millimiz üçün daha faydalı oyunçu olacaq. Ona uğurlar arzulayıram”.

KƏNAN BAHADIR
Seçilən
17
1
football-plus.az

10Mənbələr