RU

“Qarabağ”ın bugünkü oyunu təxirə salına bilər Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunundan öncə çətin vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.

Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir. 

Matçın təxirə salınmaq ehtimalı var. 

PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov saytımıza açıqlamasında matçın təxirə salınma ehtimalını təkzib etməyib: “Şamaxı şəhərinə bu gün səhər  saatlarından etibarən qar  yağmağa  başlayıb.  Bu ehtimal nəzərə alınaraq  AFFA ilə birgə danışıqların yekunu olaraq  əraziyə Bakıdan peşəkar  qar təmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi  üçün  təmizlənən ərazi yenidən qarla örtülür  və  əsas  problem məhz budur. Amma  işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da  təmin olunub. Əlbəttə ki, əsas  məqsəd  oyunun əvvəlcədən planlaşdırıldığı qaydada  keçirilməsidir  və bunun üçün bütün addımlar  atılır. Əgər  aradan qaldırılması mümkün olmayan problemlər  meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq  addımlar  atılacaq”.

Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlayacaq. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
10
qafqazinfo.az

10Источники