Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu təxirə salına bilər. Hazırda Şamaxıya yağan güclü qar matçın oynanılmasını sualı altına alır.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Peşəkar Futbol Liqası (PFL) yayıb.Bildirilib ki, stadionun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin sözlərinə görə əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır:
“Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlamalıdır. (Azərtac)
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.