AZ

Şamaxı Qarabağ matçı təxirə salınacaq? oyunun keçiriləcəyi stadionun son durumu

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Şamaxı" bu gün Misli Premyer Liqasının 19-cu turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, rayonda güclü qar yağır. Hazırda Şamaxı şəhər stadionunun ot örtüyü qardan təmizlənməsi işləri görülür. Lakin paralel olaraq yağıntı da davam edir.

Görüşün təxirə salınıb-salınmayacağı isə dəqiq deyil. PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev saytımıza açıqlamasında məsələ haqda danışıb:

“Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa  başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi  üçün  təmizlənən ərazi yenidən qarla örtülür və əsas  problem məhz budur. Amma  işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da  təmin olunub. Əlbəttə ki, əsas  məqsəd  oyunun əvvəlcədən planlaşdırıldığı qaydada  keçirilməsidir  və bunun üçün bütün addımlar  atılır. Əgər  aradan qaldırılması mümkün olmayan problemlər  meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq  addımlar  atılacaq".

Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" matçı saat 14:30-da start götürməlidir.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
10
sportal.az

10Mənbələr