Qış Olimpiya Oyunlarında bu gün Azərbaycanı təmsil edən Vladimir Litvintsev bu gün mübarizəyə başlayacaq.

Offsideplus.az xəbər verir ki, o, fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.

Bu növ üzrə yarış Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilir.