AZ

Azərbaycan idmançısı Qış Olimpiadasında mübarizəyə başlayır

style='margin-bottom:10px;'>

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi, fiqurlu konkisürən Vladimir Litvintsev bu gün  yarışına start verəcək.

İdmançımızın ilk çıxışı Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə olacaq.

Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.

Seçilən
15
4
teleqraf.com

10Mənbələr