RU

"Kəpəz"in futbolçusu bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Azreform.info APA-ya istinadən bildirir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.

Избранный
7
11
azreform.info

10Источники