Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sportinfo.ax xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.