AZ

"Kəpəz"in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.

Faktla bağlı araşdırma aparılır.

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.//Qafqazinfo

Seçilən
2
12
milliyol.az

10Mənbələr